Millimiz Avropa çempionatında ikinci oldu

Kiprin Nikosiya şəhərində yeniyetmə basketbolçular arasında Avropa birinciliyinin C divizonunda mübarizəyə yekun vurulub.

Olimpsport.az xəbər verir ki, 16 yaşadək basketbolçulardan ibarət milli komandamız turnirin finalında meydan sahibləri ilə qarşılaşıb. Gərgin keçən görüş Kipr yığmasının qələbəsi ilə başa çatıb – 62:50. Beləliklə, Azərbaycan millisi Avropa birinciliyində ikinci olub.