İngiltərə Liqa kuboku: "Liverpul" finala yüksəlib
İngiltərə Liqa Kubokunun ikinci yarımfinal matçının cavab qarşılaşmasında “Fulhem” “Liverpul”u qəbul edib.
"Olimpsport" xəbər verir ki, oyun paytaxt Londonda, “Kreyven Kottec”də baş tutub.
Saymon Huperin rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi oyunun birinci hissəsində “qırmızılar”ın üstünlüyü cüzi olsa da, Yürgen Kloppun yetirmələri buna hesabda əks etdirə biliblər: 11-ci dəqiqədə kolumbiyalı Luis Dias “Liverpul” akademiyasının yetirməsi Carell Kuansanın ötürməsini qola çevirib. Erkən qola baxmayaraq, “yaylaqçılar” “Liverpul” qarşısında müdafiəyə qapanmayıb və ara-sıra kəsərli hücumlar həyata keçirib. İlk yarıda Mersisayd təmsilçisinin qapı çərçivəsinə endirdiyi 3 zərbəyə londonlular 2 zərbə ilə cavab verib. Bununla belə, ilk 45 dəqiqədə hesab dəyişməyib – 0:1.