“Bavariya” üç xalı bir qolla qazanıb

Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində “Bavariya” klubu “Union" ilə qarşılaşıb.

"Olimpsport" xəbər verir ki, Münhendəki “Allianz Arena”da gerçəkləşən matçda cəmi bir qol vurulub.

Münhenlilər 46-cı dəqiqədə Rafael Qerreyronun qolu sayəsində qalib gəliblər - 1:0. Bu, portuqaliyalının “Bavariya” forması ilə vurduğu ikinci qol olub.

Hazırda Almaniya Bundesliqasında keçirdiyi 18 oyundan sonra “Bavariya” 44 xalla ikinci pillədə qərarlaşıb. “Union” isə 14 xalla 15-ci yerdədir. Çempionatın lideri 18 turdan sonra 48 xalı olan Leverkuzen təmsilçisi “Bayer 04”dür.