Hakan Şükürün barəsində daha bir cinayət işi açılıb
Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhd göstərməsindən sonra haqqında həbs qərarı çıxarılan tanınmış futbolçu Hakan Şükür barəsində yeni cinayət işi açılıb. Olimpsport.az Hürriyətə istinadən xəbər verir ki, əfsanəvi hücumçu "Audio, yazılı və ya görüntülü bir mesaj ilə təhqir" etməyə görə günahlandırılıb.
İddianamədə göstərilib ki, H.Şükür psixoloq sözçüsü İsmayıl Loyanı təhqir edib. Bu ittihamla əlaqədar ifadəsi alınması üçün axtarılıb, lakin heç bir ünvanda tapılmadığına görə ifadəsi alınmayıb. Belə olan halda H.Şükürün "Səs, yazılı və ya görüntülü bir mesaj ilə təhqir" iddiası ilə 3 aydan 2 il 4 aya qədər həbslə cəzalandırılması tələb edilib. İddianamə göndərildiyi 33-cü Cəza Məhkəməsində qəbul olunub və H.Şükürün mühakiməsinə qarşıdakı günlərdə başlanılacaq.