Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti bəlli olub

 

Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti seçilib.

"Olimpsport" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu posta yeganə namizəd olub.

Səsvermə zamanı 93 nəfərdən yalnız Şevçenko özü bitərəf qalıb. Digərləri isə ona səs veriblər.

Qeyd edək ki, Ukrayna Futbol Assosiasiyasının əvvəlki prezidenti hazırda istintaq təcridxanasında olan Andrey Pavelko olub.