Portuqaliya millisinin futbolçusu zədələnib
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa"nın futbolçusu Bruma zədələnib.
"Olimpsport" xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
29 yaşlı vinger sağ dizindən xəsarət alıb. O, yanvarın 29-da əməliyyat olunacaq.
Onun 4-6 həftədən sonra sıraya dönə biləcəyi vurğulanıb. Beləliklə, Bruma Azərbaycan çempionu ilə qarşılaşmalarda meydana çıxa bilməyəcək.
“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.
Xatırladaq ki, Bruma Türkiyədə "Qalatasaray" və "Fənərbağça"nın formasını geyinib. O, 2014/2015 mövsümündə "sarı-qırmızılar"la Superliqanın qalibi olub.