"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib

İngiltərənin “Mançester Siti” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Olimpsport" klubun rəsmi saytına istinadən xəbər verir ki, “şəhərlilər” Argentinanın “River Pleyt” komandasından Klaudio Eçeverri ilə 4 illik müqavilə imzalayıb.

18 yaşlı yarımmüdafiəçi Buenos-Ayres təmsilçisinin heyətində 6 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransanın PSJ klubu da heyətinə yeni futbolçu qatıb. Paris təmsilçisi Braziliya "Korintians"ından 18 yaşlı yarımmüdafiəçi Qabriel Moskardonu transfer edib. Onunla 2028-ci ilin yayınadək müqavilə bağlanılıb.

“Transfermarkt” portalına görə, “sambaçı”nın təxmini dəyəri 15 milyon avrodur.