Messinin transferindən sonra "İnter Mayami"nin qiyməti 74 % artıb

Argentinalı hücumçu Lionel Messinin ötən yay Amerikanın “İnter Mayami” klubuna transferi bütün MLS kimi klubun maliyyə vəziyyətinə də müsbət təsir göstərib.

"Olimpsport" xəbər verir ki, bu barədə “Sportico” xəbər yayıb.

Məlumata görə, son bir ildə “İnter Mayami”nin təxmini dəyəri 74 % artaraq hazırda 1,2 milyard ABŞ dolları təşkil edir. Amerika klubunun gəliri də artıb. Keçən il ərzində “İnter Mayami” 127 milyon dollar qazanıbsa, 2022-ci ildə klubun mənfəəti 55 milyon dollar olub.

Qeyd olunur ki, son bir ildə MLS klublarının gəlirləri 27 % artıb.

Xatırladaq ki, “İnter Mayami”nin heyətində Messi bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.