Son Avropa çempionu məğlub oldu, Hollandiya qalib gələ bilmədi.

Sayca 21-ci dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunları bu gün də davam etdirilib. Olimpsport.az xəbər verir ki, A, B və H qruplarında da mübarizəyə start verilib.

 

Günün mərkəzi qarşılaşmasında  İsveç  Hollandiyanı qəbul edib. Hərəyə bir dəfə fərqlənən rəqiblər,hərəyə bir xal qazanıb. Son Avropa çempionatının finalçısı Fransa səfərdə Belarusun qonağı olub. Oyunda hesab açılmayıb. A qrupunun digər matçında isə Bolqarıstan Lüksemburqu qəbul edib. Azarkeşlər 7 qola şahidlik ediblər. Gərgin keçən qarşılaşmanın sonunda meydan sahibləri qələbəni bayram edib.

 

Son Avropa çempionu Portuqaliya İsveçrənin qonağı olub. Ronaldonun yoxluğunda qonaqlar məğlubiyətlə barışıb. H qrupunun favoriti sayılan Belçika isə səfərdə Kiprlə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar 3 xalı 3 cavabsız qolla qazanıb.

 

Bu gün həmçinin G qrupunun təxirə salınmış Albaniya – Makedoniya matçı da davam etdirilib.Əlverişsiz hava şəraitinə görə 78-ci dəqiqədə (hesab 1:1 olarkən) yarımçıq dayandırılmış matç qaldığı yerdən davam etdirilib. "Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya daha bir qol vuraraq 3 xalı qazanıb.

 

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, ilk tur

6 sentyabr

 

A qrupu

 

İsveç - Hollandiya - 1:1

Qol: Marcus Berg 43, - Sneyder 67,

 

Belarus - Fransa - 0:0

 

Bolqarıstan - Lüksemburq - 4:3

Qol: Dimitar Rangelov 16, Marcelinho65, Ivelin Popov 79,Aleksandar Tonev 90, - Aurelien Joachim 60, 62, Florian Bohnert 90,

 

B qrupu

 

Andorra - Latviya - 0:1

Qol: Valerijs Sabala 48,

 

Farer adaları - Macarıstan - 0:0

 

İsveçrə - Portuqaliya - 2:0

Qol: Breel Embolo 24, Admir Mehmedi 30,

 

G qrupu

Albaniya – Makedoniya - 2:1

Qollar: Sadiku, 9; Balaj, 89 - Alioski, 51

 

H qrupu

 

Cəbəllütariq - Yunanıstan - 1:4

Qol: Liam Walker 26,Konstantinos Mitroglou 10, Scott Wiseman 44, Konstantinos Fortounis 45, Vasilios Torosidis45+,

 

 

Bosniya və Herseqovina - Estoniya - 5:0

Qol: Emir Spahic 7, Edin Dzeko 23,Haris Medunjanin 71, Vedad Ibisevic 83, Emir Spahic 90,

 

 

Kipr - Belçika - 0:3

Qol: Lukaku13,61, Yannick Ferreira-Carrasco 81,