Afrika Millətlər Kubokunda qrup mərhələsinin rəmzi komandası müəyyənləşib

Afrika Millətlər Kubokunda qrup mərhələsinin rəmzi komandası açıqlanıb.

"Olimpsport" Afrika Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “11-lik”də ən çox futbolçu ilə təmsil olunan Mərakeş yığmasıdır.

Rəmzi komandada bu kollektivin 4 oyunçusu yer alıb. Seneqalın 3, Ekvatorial Qvineyanın 2, Konqo və Anqolanın isə 1 üzvü ən yaxşı “11-liy”ə düşüb.

Qapıçı: Xesus Ovono (Ekvatorial Qvineya)

Müdafiəçilər: Əşrəf Hakimi, Naif Aquerd (hər ikisi Mərakeş), Xalidu Kulibali (Seneqal), Artur Masuaku (Konqo)

Yarımmüdafiəçilər: Azzedin Unahi, Sofyan Amrabat (hər ikisi Mərakeş), Lamin Kamara (Seneqal)

Hücumçular: Jelson Dala (Anqola), Emilio Nsue (Ekvatorial Qvineya), İsmaila Sarr (Seneqal)

Qeyd edək ki, Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.