“Mançester Siti” futbolçusunu icarəyə verib

İngiltərənin “Vest Hem” klubu “Mançester Siti”nin futbolçusu Kalvin Fillipsi transfer edib.

"Olimpsport" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı yarımmüdafiəçini bu mövsümün sonunadək icarə əsasında heyətinə qatıb.

Qeyd edək ki, Kalvin Fillips cari mövsüm “şəhərlilər”in heyətində 10 matçda 1 qol vurub.