Xavi mövsümün sonunadək “Barselona”da qalacaq

İspaniyanın “Barselona” klubu baş məşqçi Xavi Ernandeslə bağlı yekun qərarını verib.

"Olimpsport" İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 44 yaşlı mütəxəssislə yollarını ayırmayacaq.

Klub rəhbərliyi ona inandığını və mövsümün sonunadək postunda qalacağını bildirib.

X.Ernandes İspaniya Kubokunun 1/4 final mərhələsində “Atletik”ə 2:4 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında komandanın qeyri-sabit çıxış etməsinin günahını özündə gördüyü üçün istefa verə biləcəyini söyləyib.

Qeyd edək ki, “Barselona” hazırda La Liqada 20 oyundan sonra 44 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.