Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb
Türkiyənin “Kayserispor” komandası baş məşqçisi Rəcəb Uçarla yollarını ayırıb.
"Olimpsport" klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Bu, cari mövsüm ölkə çempionatında 21-ci, Kayseri təmsilçisində isə 2-ci baş məşqçi istefasıdır.
R.Uçarın rəhbərliyi altında Superliqada 18 matçda 7 qələbə, 2 heç-heçə və 9 məğlubiyyət alan komanda hazırda 26 xalla 12-ci pillədə qərarlaşıb.
İddiaya görə, “Kayserispor”un yeni baş məşqçisi Türkiyə millisinin sabiq üzvü Burak Yılmaz olacaq.