İspaniyanın "Atletiko" klubunda çıxış edən futbolçu “Fənərbağça”da!

Türkiyənin “Fənərbağça” klubu İspaniyanın “Atletiko” (Madrid) komandasında çıxış edən Çağlar Söyüncü ilə anlaşıb.

"Olimpsport" xarici mediaya istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü müqavilə bağlamaq üçün İstanbula gəlib. 27 yaşlı müdafiəçinin keçidi yaxın zamanda açıqlanacaq.

Ötən ilin yayında Madrid təmsilçisinə keçən Ç.Söyüncü bu mövsüm 9 qarşılaşmada meydanda olub.

İstanbulun digər nəhəngi “Qalatasaray”da isə ayrılıq yaşanıb. Komandanın fransalı müdafiəçisi Saşa Boe Almaniyanın “Bavariya” klubuna keçib. O, bu gün səhər saatlarında Münxenə uçub. Bundesliqa təmsilçisinin 23 yaşlı oyunçu ilə 4,5 illik müqavilə bağlayacağı bildirilib.

Qeyd edək ki, Saşa Boe 2021-ci ildən çıxış etdiyi “Qalatasaray”ın heyətində 83 matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.