Məhəmməd Salah İngiltərə çempionatında mövsümün ilk hissəsinin ən yaxşı oyunçusu seçilib

“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 2023-2024-cü illər mövsümünün ilk hissəsinin ən yaxşı oyunçusu seçilib.

"Olimpsport" “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu mövsüm İngiltərə çempionatında meydana çıxdığı 27 oyunda 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

İkinci yeri “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri tutub. İspaniyalı oyunçu 26 oyunda 5 qol vurub, 7 ötürmə edib.

M.Salahın komanda yoldaşı Vircil van Deyk isə 23 matçda bir qol və iki ötürmə ilə üçüncü sırada qərarlaşıb.