Almaniya Bundesliqası: “Bavariya” növbəti qələbəsini qazanıb
Almaniya Bundesliqasının XIX turunda növbəti oyunlar keçirilib.
"Olimpsport" xəbər verir ki, “Bavariya” səfərdə “Auqsburq”la qarşılaşıb.
Görüş Münxen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 23-cü dəqiqədə qonaqların heyətində Aleksandar Pavloviç açıb. Alfonso Deyvis 45+5-ci dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Meydan sahiblərinin heyətində 52-ci dəqiqədə Ermedin Dəmiroviç fərqi azaldıb. Lakin Harri Keyn 58-ci dəqiqədə növbəti qola imza atıb. Matçda son nöqtəni dubla imza atan Ermedin Dəmiroviç qoyub.
Günün digər oyunlarında "Ştutqart" "Leyptsiq"i 5:2, "Verder Bremen" isə "Frayburq"u 3:1 hesabı ilə məğlub edib. "Hoffenhaym"-"Haydenhaym" və "Volsfburq"-"Köln" görüşləri 1:1 hesabı ilə yekunlaşıb.
Günə "Bayer"- "Borussiya" (Münxenqladbaxt) matçı ilə yekun vurulacaq. Oyun saat 21:30-da start götürəcək.
Qeyd edək ki, turnir cədvəlinə 48 xalla Leverkuzen "Bayer"i rəhbərlik edir. "Bavariya" 47 xalla ikincidir. "Ştutqart" 37 xalla üçüncü, "Leyptsiq" isə 33 xalla dördüncü pillədə qərarlaşıb.