Rafael Markes: "Barselona”ya rəhbərlik etməyə hazıram

“Barselona”nın əsas komandasına rəhbərlik etməyə hazıram.

"Olimpsport" xəbər verir ki, bu barədə “Barselona Atletik”in baş məşqçisi Rafael Markes “Barça Universal”a açıqlamasında deyib.

“Turnirin sonunadək rəhbərliyin istədikləri məşqçini seçmək üçün diqqətlə düşünməyə vaxtı olacaq. Bu, prosesin bir hissəsidir. Məni çağırsalar, hazıram. Kim “Barsa”nın məşqçisi olmaq istəməz? Mən? Mən hazırlaşmağa davam edəcəyəm, bu, mənim ikinci məşqçilik mövsümümdür. Amma böyük klubu çalışdırmaq fürsətindən imtina edə bilməzsən”, – Markes vurğulayıb.

Xatırladaq ki, daha öncə “Barselona” İspaniya çempionatının 21-ci turunun “Vilyarreal”la oyununda (5:3) məğlub olub. Bundan sonra Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Kataloniya klubu hazırda 44 xalla İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda lider “Real Madrid”dən on xal geri qalır.