Robbi Uilyams futbol klubunun prezidenti olub
Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin “Port Veyl” futbol klubunun prezidenti olub.
"Olimpsport" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Musiqiçi doğulduğu Stok-on-Trent şəhərindən olan komandanın çoxdankı azarkeşidir.
“Mənim həyatım qeyri-adi və gözəldir, onun çoxlu dönüşləri olub və prezident postunu almaq xüsusi bir şeydir”, – sənətçi bildirib.
Qeyd edək ki, “Port Veyl” hazırda İngiltərə futbol liqası sistemində üçüncü divizion olan “Liqa 1”də turnirdə qalmaq uğrunda mübarizə aparır.