Türkiyə millisinin qapıçısı "Mançester Yunayted"in tarixinə düşüb
Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" futbol komandasının tarixinə düşüb.
"Olimpsport" xəbər verir ki, qolkiper klubun "Nyuport Kaunti"yə qarşı keçirəcəyi ölkə kubokunun 4-cü tur oyununun start heyətində yer alacaq.
O, "qırmızı şeytanlar"ın heyətində meydana çıxan ilk türkiyəli oyunçudur.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.