UEFA prezidentliyinə 2 namizəd qaldı

İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar UEFA prezidentliyinə namizədliyini geri götürüb.

 

Olimpsport.az xəbər verir ki, Vilyar özünün başçılıq etdiyi federasiyanın prezident seçkilərinə qatılmağı daha məqsədəuyğun hesab edib.

 

Bununla da UEFA prezidentliyinə yalnız 2 namizəd -  sloveniyalı Aleksander Çeferin və hollandiyalı Mixael van Praaq qaldı. Seçkilər sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək UEFA-nın Konqresində baş tutacaq. Bu seçkilərdə AFFA-nın Çeferinə səs verəcəyi dünəndən bəlli olub.

 

Qeyd edək ki, UEFA-nın yeni prezidenti həm də avtomatik olaraq FİFA-nın vitse-prezidentlərindən biri olacaq.