İraq millisinin baş məşqçisi jurnalistlərin hücumuna məruz qalıb
İraq millisinin Asiya Kubokunun 1/8 final mərhələsində İordaniyaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırması xoş qarşılanmayıb.
"Olimpsport" xarici mətbuata istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında iraqlı jurnalistlər baş məşqçi Xesus Kassaya hücum ediblər.
Lakin mühafizə xidmətinin əməkdaşları insidentin qarşısını vaxtında ala biliblər.
Hadisəyə 50 yaşlı mütəxəssisin İspaniya mətbuatına müsahibə verməsi səbəb olub. Jurnalistlərin fikrincə, X.Kassa bütün diqqətini turnirə yönəltsə də idi, milli komanda 1/4 finala vəsiqə qazana bilərdi.
Məsələ ilə bağlı bəyanat yayan İraq Futbol Assosiasiyası media nümayəndələrinin davranışını pisləyib.