İngiltərə klubunun futbolçusu zədəsini tam sağaldıb

İngiltərənin "Mançester Siti" klubunun aparıcı futbolçusu Erlinq Holann zədəsini tam sağaldıb.

"Olimpsport" xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında bildirib.

Norveçli hücumçu komanda ilə məşqləri bərpa edib. O, yanvarın 31-də "Bernli"yə qarşı Premyer Liqanın XXII turunun matçında iştirak edə bilər.

Qeyd edək ki, Holann cari mövsüm komandada 22 oyuna çıxıb, 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.