Joze Mourinyo "Barselona"nın baş məşqçisi ola bilər
İtaliyanın "Roma" klubundan ayrılan Joze Mourinyo karyerasını İspaniya təmsilçisi "Barselona"da davam etdirə bilər.
"Olimpsport" "Аbc.es" nəşrinə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssisin agenti Xorxe Mendeş onun xidmətlərini Kataloniya klubuna təklif edib.
Bildirilib ki, portuqaliyalı baş məşqçinin daha əvvəl "Real"da işləməsi bir çox azarkeşlərin narazılığına səbəb ola bilər.
Qeyd edək ki, Mourinyo yanvarın 16-da İtaliya klubu ilə vidalaşıb. Xavi isə mövsümün sonunda "Barselona"nın baş məşqçi postundan ayrılacağını açıqlayıb.