Avropa Superliqasında iştirak üçün klublara 100 milyon avro veriləcək

Avropa Superliqasında iştirak üçün klublara 100 milyon avro veriləcək.

"Olimpsport" xəbər verir ki, bu barədə turnirin təşkilatçılarından olan İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2024/2025 mövsümündən etibarən yarışın startı planlaşdırılır. Lakin bunun 2025/2026 mövsümündə reallaşması da istisna deyil: “İngiltərə klublarının Superliqada olmamaları məni maraqlandırmır. Avropa Superliqasında iştirak üçün klublara 100 milyon avro ödəniləcək. Heç UEFA Çempionlar Liqasının qalibi bu qədər qazana bilmir”.

Qeyd edək ki, UEFA və FIFA-nın Avropa Superliqası ilə bağlı tətbiq etdiyi qadağa qərarını Avropa məhkəməsi 2023-cü il dekabrın 21-də ləğv edib.