ÇL-də iştirak edən klubların gəlirləri artacaq

Avropa Klublar Assosiasiyası, başda qurumun sədri Karl-Haynts Rummenigge və UEFA Çempionlar Liqasında klubların gəlirlərini müəyyən edəcək model hazırlayıblar. Olimpsport.az xəbər verir ki, bu formatın 2018/2019-cu illər mövsümündən tətbiq olunacağı gözlənilir. Əgər hazırda Çempionlar liqasının bütün iştirakçıları arasında 2 milyard 35 milyon avro məbləği bölünürsə, 2018-ci ildən bu məbləğ 3 milyard 2 milyona çatacaq. Hazırlanan sənəd  Çempionlar liqasında klubların hazırkı qazancı ilə yeni formatın tətbiqindən sonra olacaq gəlirləri müəyyən edib.