İngiltərə təmsilçisi ulduz futbolçularını heyətdə saxlamaq niyyətindədir

İngiltərə təmsilçisi "Liverpul" ulduz futbolçuları Vircil van Deyk və Məhəmməd Salahı heyətində saxlamaq niyyətindədir.

"Olimpsport" “Football Insider”ə istinadən xəbər verir ki, rəhbərlik komandanın liderlərini saxlamaq üçün hər şeyi edəcək.

Daha əvvəl cari mövsümün sonunda baş məşqçi Yürgen Kloppun komandadan ayrılmasından sonra futbolçuların da “qırmızılar”ı tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, 31 yaşlı Salah və 32 yaşlı Van Deykin müqavilələrinin müddəti 2025-ci ilə qədərdir.