Boliviya millisinin futbolçusu yoldaşlıq oyunu zamanı güllələnib
Boliviya millisinin sabiq müdafiəçisi Serxio Xaureqi Meksikada həvəskar komandalar arasında keçirilən yoldaşlıq oyunu zamanı güllələnib.
"Olimpsport" “Proceso” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu matç zamanı su içmək üçün meydanın kənarına çıxarkən naməlum şəxs onun yanına qaçaraq 6 dəfə atəş açıb və gözdən itib.
“Atletiko San-Luis Rey” həvəskar klubu dünyasını dəyişən futbolçunun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Serxio Xaureqi karyerası ərzində Boliviyanın “Bluminq” və “San-Xose” klublarında çıxış edib. O, Boliviya millisində 13 oyun keçirib.