Türkiyə Superliqası: "Qalatasaray" qələbə qazanaraq liderliyə yüksəlib
Futbol üzrə Türkiyə Superliqasında XXIV turun matçlarına start verilib.
"Olimpsport" xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Çempionluq mübarizəsi aparan "Qalatasaray" səfərdə "Samsunspor"la üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul nəhənginin heyətində 5-ci dəqiqədə Viktor Nelson hesabı açıb. Barış Yılmaz 11-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.
Günün digər görüşlərində "Hatayspor" "Fatih Karagümrük"ə 3:1 hesabı ilə qalib gəlib. "Ankaragücü" - "Sivasspor" matçındə isə qapılara qol vurulmayıb.
Bu nəticələrdən sonra "Qalatasaray" hazırda 63 xalla liderliyə yüksəlib. Bir oyun az oynayan "Fənərbağça" 60 xalla 2-ci, 37 xalı olan "Trabzonspor" 3-cüdür. "Beşiktaş" isə 36 xalla dördüncü pillədə qərarlaşıb.