“Qalatasaray” İngiltərə klubunun futbolçusunu transfer edib

Türkiyə “Qalatasaray”ı İngiltərənin "Fulhem" komandasının futbolçusu Karlos Vinisiusu transfer edib.

"Olimpsport" klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” braziliyalı hücumçunu cari mövsümün sonunadək icarəyə götürüb.

28 yaşlı forvard yeni komandasında 95 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Karlos Vinisius indiyədək İngiltərə Premyer Liqasında 50 oyuna 8 qol vurub.