"Barselona"nın sabiq futbolçusu məhkəmə qarşısına çıxacaq

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş fevralın 5-də məhkəmə qarşısına çıxacaq.

"Olimpsport" xəbər verir ki, proses Bakı vaxtı saat 13:00-da başlayacaq.

Prokurorlar keçmiş cinah müdafiəçisinə 9 il həbs cəzası istəyirlər.

Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.