Futbol azarkeşləri arasında davaya görə 30-dan çox adam saxlanılıb

Rio-de-Janeyroda (Braziliya) rəqib “Vasko da Qama” və “Flamenqo” futbol klublarının azarkeşləri arasında kütləvi dava olub. Polis 30-dan çox adamı saxlayıb.

"Olimpsport" xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb.

Saxlanılmalar zamanı fanatlar özlərini aqressiv apararaq polis maşınlarına kustar üsulla hazırlanmış partlayıcı qurğular atmağa cəhd ediblər.

Braziliyanın əsas futbol klublarının azarkeşləri arasında aqressiv fanatlardan ibarət mütəşəkkil qruplar var. Onların toqquşması əsas matçların keçirildiyi günlərdə və stadionların yaxınlığında baş verir, lakin azarkeşlərin sosial şəbəkələr vasitəsilə bir-birləri üçün görüş təyin etdikləri şəhərlərin təsadüfi seçilmiş ərazilərində də baş verə bilər.