“Fənərbağça” 1/4 finala vəsiqə qazanıb

Bu gün Türkiyə Kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

"Olimpsport" xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

"Fənərbağça" səfərdə "Qaziantep"lə qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 17-ci dəqiqədə penaltidən Mişi Batşuayi açıb. Belçikalı hücumçu 31-ci dəqiqədə dubl edərək komandasını növbəti raunda çıxardıb.

Günün digər oyunlarında "Konyaspor" "Sivasspor"a 1:0, "İstanbul Başakşəhər" isə əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən matçın penaltilər seriyasında "Hatayspor"a 3:2 qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl "Qalatasaray", "Fatih Karagümrük" və "Ankaragücü" komandaları adlarını 1/4 finala yazdırıblar.