Qətər millisi qalib gələrək Asiya Kubokunun finalına yüksəlib

Fevralın 7-də keçirilən Asiya kubokunun yarımfinal oyunu Qətər millisinin qələbəsi ilə başa çatıb.

"Olimpsport" "Sport Express"ə istinadən xəbər verir ki, Qətər komandası İran yığması üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanıb.

Qətərlilər 17-ci dəqiqədə Yassem Jaber Abdulsallam, 43-cü dəqiqədə Əkrəm Afif və 82-ci dəqiqədə Abdullah Almoez Əlinin qolları ilə qələbə qazanıb.

İran millisinin heyətində Sərdar Azmun 4-cü, Əlirza Cahanbaxş isə 51-ci dəqiqədə penaltidən fərqlənib. İkinci hissədə komanda Şoca Xəlilzadəni itirib - futbolçu meydandan qovulub.