Əfsanəvi azarkeş dünyasını dəyişib
Argentina millisinin əfsanəvi azarkeşi Karlos Paskual dünyasını dəyişib.
"Olimpsport" xəbər verir ki, o, 84 yaşında vəfat edib.
Paskual 1974-cü ildən etibarən ardıcıl 13 dünya çempionatının final mərhələsinin iştirakçısı olub. Ötən il isə FIFA-nın “Ən yaxşı FIFA azarkeşi” mükafatına layiq görülüb.