Oyunda zədələnən Mbappenin durumuna aydınlıq gəlib

Fransa millisinin və PSJ klubunun zədəli futbolçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.

"Olimpsport" "Football.fr" nəşrinə istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Didye Deşam açıqlama verib.

O, 25 yaşlı hücumçunun səhhəti ilə bağlı ciddi narahatlığın olmadığını söyləyib: "Mbappe yaxşıdır. Narahat olmaq üçün səbəb yoxdur".

Qeyd edək ki, forvard "Brest"ə 3:1 hesabı ilə qalib gəldikləri ölkə kubokunun 1/8 final mərhələsinin matçında xəsarət alıb. O, dünən komanda ilə məşqlərdə də iştirak etməyib.