“Beşiktaş” 1/4 finala vəsiqə qazanıb

Bu gün Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

"Olimpsport" xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

"Beşiktaş" səfərdə "Antalyaspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 30-cu dəqiqədə meydan sahiblərinin heyətində Zymer Bytyqi açıb. Cekson Muleka 71-ci və 88-ci dəqiqələrdə fərqlənərək komandasını növbəti raunda çıxardıb.

Günün digər oyununda "Trabzonspor" səfərdə "Gənclərbirliyi"nə 2:1 hesabı ilə qalib gələrək adını növbəti tura yazdırıb.

Qeyd edək ki, daha əvvəl "Qalatasaray", "Fatih Karagümrük", "Ankaragücü", "Konyaspor", "İstanbul Başakşəhər" və "Fənərbağça" komandaları adlarını 1/4 finala yazdırıblar.