Kosovoya FİFA-dan sarsıdıcı xəbər
DÇ-2018-in seçmə mərhələsində I qrupunda yer alan Kosova millisi FİFA-dan şok xəbər alıb. Olimpsport.az saytının məlumatına görə, başqa millilərdə çıxış edən kosovalı futboloçular Kosova yığmasınının şərəfini qoruya bilməyəcək.
Baxmayaraq ki, bu barədə Kosova Futbol Federasiyası dünyanın ali futbol qurumuna müraciə etmişdi. FİFA isə bu müraciətə rədd cavabı verib. Cavab olaraq bildirilib ki, yalnız Kosovanın FİFA-ya üzvlüyü qəbul olunduğu 13 may tarixinədək millidə çıxış etmiş futbolçuların oynamasına razılıq verilib. Bu isə o deməkdi ki, İsveçrə millisində çıxış edən Qranit Caka, Şakiri, Behrami kimi futbolçular öz doğma ölkəsinin yığmasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Kosova meydana çıxdığı ilk matçda səfərdə Finlandiya millisi ilə heç-heçə edib - 1:1. (futbol11.az)