Argentina millisinin Çindəki oyunu Messiyə görə ləğv edilib
Martda Argentina və Nigeriya milli komandaları arasında Çində keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.
"Olimpsport" xəbər verir ki, bu barədə Hançjou İdman Komitəsi məlumat yayıb.
Buna ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən argentinalı ulduz futbolçu Lionel Messinin Honkonqdakı yoxlama matçında meydana çıxmaması səbəb olub.
Təcrübəli hücumçunun zədəyə görüşü buraxdığı açıqlansa da, o, bir neçə gün sonra Yaponiyadakı qarşılaşmada iştirak edib. Bu isə azarkeşləri qəzəbləndirib.
Qeyd edək ki, Argentina - Nigeriya matçı martın ikinci yarısında təşkil olunmalı idi.