AMADA-nın əməkdaşları Dopinqlə Mübarizə Komissiyasında olublar
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Test şöbəsinin əməkdaşları Türkiyə Dopinqlə Mübarizə Komissiyasında (TDMK) olublar.
"Olimpsport" xəbər verir ki, TDMK-nın baş direktorunun müavini Mehmet Yoğurtcuoğlu qonaqları salamlayaraq, Türkiyənin həyata keçirdiyi antidopinq siyasəti barədə məlumat verib, ölkələrimiz arasında bu sahədə birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.
Sonra qonaqlara dopinq nəzarəti prosesinin vaxtı və nəticələrin dəyərləndirilməsi barədə məlumat verilib.
TDMK-nın müxtəlif şöbələrinin iş prinsipləri ilə test planlaması haqqında fikir mübadiləsi aparılıb, gələcək planlar barədə müzakirlər olub.