“Real” tarixinin ən uğurlu üçüncü startına imza atıb
İspaniyanın “Real” klubu La Liqada 24 turdan sonra tarixinin ən uğurlu üçüncü startına imza atıb.
"Olimpsport" xəbər verir ki, Madrid təmsilçisi son olaraq doğma arenasında “Jirona”nı 4:0 hesabı ilə məğlub edib.
Geridə qalan dönəmdə 19 qələbə, 4 heçə-heçə, 1 məğlubiyyəti olan “kral klubu”nun hesabında 61 xal var. Komanda 2011/2012 mövsümündə 64 xal (21 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət), 1960/1961 mövsümündə isə 65 xal (21 qələbə, 2 heç-heçə, 1 qələbə) toplayıb.
Qeyd edək ki, hazırda “Real”ı 56 xalla “Jirona” izləyir.