Bukayo Saka "Arsenal" klubunun tarixinə düşüb
İngiltərə millisinin futbolçusu Bukayo Saka "Arsenal" klubunun tarixinə düşüb.
"Olimpsport" "Sky Sports"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna "Vest Hem"ə 6:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV turunun matçında nail olub.
Qarşılaşmada dubl edən Saka "topçular"da vurduğu qolların sayını 51-ə çatdırıb.
Beləliklə, o, 1978-ci ildə Frank Stapletondan sonra London təmsilçisində 50 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.