Milli Paralimpiya Komitəsinin ünvanı dəyişib

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) ünvanı dəyişib.

"Olimpsport" xəbər verir ki, bu barədə qurumun rəsmi feysbuk hesabı məlumat yayıb.

AMPK artıq Yasamal rayonu, M.Naxçıvani küçəsi 25 A ünvanında fəaliyyət göstərəcək.

Komitə daha əvvəl Ceyhun Hacıbəyli küçəsində yerləşib.