Azərbaycan güləşçiləri bir dəst medal qazanıblar
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri bir dəst medal qazanıblar.
"Olimpsport" xəbər verir ki, onlardan 1-i qızıl, 1-i gümüş, 1-i bürünc mükafat əldə edib.
Murad Məmmədov (63 kq) finalda Aleksandr Qruşini (Ukrayna) məğlub edərək Avropa çempionu olub. Lakin Rəşad Məmmədov (55 kq) həlledici dueldə moldovalı Artyom Deleanuya uduzaraq, ikinciliyə yiyələnib.
Beka Kandelaki (130 kq) isə bürünc mükafata sahib çıxıb.