“Real” və “Mançester Siti” meydandan qalib ayrılıb

İspaniya təmsilçisi “Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyanın “Leyptsiq” klubuna 1:0 hesabı ilə qalib gəlib.

"Olimpsport" xəbər verir ki, görüş Almaniyada baş tutub.

Oyunda yeganə qolu 48-ci dəqiqədə Brahim Dias vurub.

Günün digər oyununda İngiltərənin “Mançester Siti” klubu Danimarkada “Kopenhagen”ə 3:1 hesabı ilə qalib gəlib.

Qonaqların heyətində qolları Kevin De Bruyne (10-cu dəqiqə), Bernardo Silva (45+1) və Fil Foden (90+2) vurublar.

“Kopenhagen”dən isə 34-cü dəqiqədə Maqnus Mattsson fərqlənib.

Cavab qarşılaşmaları martın 6-da müvafiq olaraq Madrid və Mançester şəhərlərində baş tutacaq.