“Real” klubunun futbolçuları yubiley oyunlarını keçiriblər
İspaniyanın “Real” klubunun braziliyalı futbolçuları Rodriqo və Vinisius Junior yubiley oyunlarını keçiriblər.
"Olimpsport" xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Leyptsiq”lə (Almaniya) səfər görüşünə təsadüf edib.
Rodriqo bununla “Kral klubu”nun heyətində 200-cü qarşılaşmasına çıxıb. Vinisius isə ÇL-də 50-ci oyununda iştirak edib. 23 yaş 216 günlüyündə bunu reallaşdıran Vinisius qitənin ən nüfuzlu klub turnirində bu həddə çatan ən gənc 5-ci oyunçudur. O, yalnız İker Kasilyas, Lionel Messi, Kilian Mbappe və Sesk Fabreqasdan geri qalır.
Qeyd edək ki, “Real” səfərdə 1:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü martın 6-da Madriddə reallaşacaq.