Afrika Millətlər Kubokunun rəmzi komandası bəlli olub
Afrika Millətlər Kubokunun rəmzi komandası bəlli olub.
"Olimpsport" yarışın Təşkilat Komitəsinə istinadən xəbər verir ki, "11-lik"də 4-3-3 taktiki sxeminə üstünlük verilib.
Qapıçı: Ronven Uilyams (Cənubi Afrika Respublikası)
Müdafiəçilər: Villiam Troost-Ekonq, Ola Ayna (hər ikisi Nigeriya), Gisleyn Konan (Kot-d İvuar), Şansel Mbemba (Konqo DR)
Yarımmüdafiəçilər: Teboho Mokoena (Cənubi Afrika Respublikası), Jan Seri, Frank Kessye (hər ikisi Kot-d İvuar)
Hücumçular: Yoan Vissa (Konqo DR), Ademola Lukman (Nigeriya), Emilio Nsue (Ekvatorial Qvineya)
Qeyd edək ki, Kot-d İvuarda keçirilən yarışın finalında meydan sahibləri Nigeriyaya qalib gələrək titula sahib çıxıblar.