"Bavariya" son 13 ildə ilk dəfə İtaliya klubuna uduzub
Almaniya təmsilçisi "Bavariya" avrokuboklarda son 13 ildə ilk dəfə İtaliya klubuna məğlub olub.
"Olimpsport" xəbər verir ki, münhenlilər fevralın 14-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Latsio”ya uduzublar (0:1).
Bundan əvvəl “Bavariya” sonuncu dəfə 2011-ci ildə İtaliya klubu ilə bacarmayıb. Almaniya komandası Çempionlar Liqasında elə həmin mərhələdə “İnter”ə məğlub olub - 2:3.
Qeyd edək ki, "Bavariya" ilə "Latsio" arasında 1/8 final mərhələsinin cavab oyunu martın 5-də Münhendə keçiriləcək.