“Fənərbağça” qalib gələrək liderliyi ələ keçirib

Türkiyə Superliqasında hazırda 26-cı turun oyunları keçirilir.

"Olimpsport" xəbər verir ki, tur çərçivəsində çempionluğa iddialı “Fənərbağça” “Çaykur Rizespor”un qonağı olub.

İstanbul klubu oyunda ilk topu buraxan tərəf olsa da, Dursun (48), Dzeko (65) və Kahvecinin (90+3) qolları ilə qalib gəlməyi bacarıb - 1:3.

Bu nəticədən sonra “sarı-lacivərdlər” çempionatda liderliyi ələ keçiriblər. Hazırda “Fənər” 67 xala malikdir və bir oyun az keçirən “Qalatasaray”ı cəmi bir xal qabaqlayır. Rize klubu isə 36 xalla 6-cı sırada qərarlaşıb.