Milli çempionatlarda ən çox qol vuran cənubi amerikalı futbolçular açıqlanıb
Milli çempionatlarda ən çox qol vuran cənubi amerikalı futbolçular açıqlanıb
XXI əsrdə milli çempionatlarda ən çox qol vuran cənubi amerikalı futbolçular açıqlanıb.
"Olimpsport" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına görə, siyahıya argentinalı Lionel Messi başçılıq edir.
Hazırda karyerasını ABŞ-də davam etdirən 36 yaşlı hücumçu çıxış etdiyi ölkə çempionatlarında ümumilikdə 497 qol vurub. Onu hazırda “İnter Mayami”də komanda yoldaşı olan uruqvaylı Luis Suares izləyir.
Ümumilikdə 37 futbolçu 200 qol həddinə çata bilib.