Almaniya "Avro - 2024"ə hazırlaşır
Bu ilin yayında Almaniya ikinci dəfə Avropa futbol çempionatına ev sahibliyi edəcək. Qitənin futbol üzrə yığma komandalarının yarışı bu ölkədə ilk dəfə 1988-ci ildə keçirilib.
"Olimpsport" xəbər verir ki, açılış oyunu iyunun 14-də Münxendə, final isə iyulun 14-də Berlində olacaq. Şübhə yoxdur ki, Avropanın 24 komandası çempionluq uğrunda olduqca gərgin mübarizə aparmalı olacaq.
“Avro–2024”ün final oyunu iyulun 24-də Berlində “Olimpiştadion” arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Avropa çempionatının həlledici oyununa biletlər UEFA vasitəsilə satılacaq və qiymətlərin 95 avrodan başlarayaraq 2 min avroya qədər olacağı ehtimal olunur
Qeyd edək ki, ev sahibi olan Almaniya millisi bu oyunlara çox ciddi hazırlaşır.
Ramin Allahverdiyev